Ermənistan üzərinə götürdüyü öhdəliklərdən yayınmaq istəyir - ÖZƏL

"Ermənistan 10 Noyabr bəyanatı ilə üzərinə götürdüyü öhdəliklərdən hər vəchlə yayınmaq istəyir. Bu səbəbdən gah bəyannamənin müddəalarını təhrif edir, gah da əsasız və gerçəkləşməsi imkansız layihələr təqdim etməklə məsələni uzatmağa çalışır". Bu fikirləri "OLAYLAR"-a Ana Vətən Partiyasının sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə səsləndirib. O bildirib ki,  ancaq cənab Prezident İlham Əliyev hər dəfə bizim də səbirimizin bir həddi var deməklə Paşiniyan hökumətini reallığa uyğun hərəkət etməyə çağırır: "Lakin görünən odur ki, rəsmi İrəvan mütəmadi olaraq qoşunların təmas xəttində atəşkəsi pozmaqla, müxtəlif vaxtlarda hərbi təxribatlar etməklə,  qarşılıqlı olaraq münasibətlərin normallaşması, kommunikasiya xətlərinin açılması və  yekun sülh müqaviləsinin bağlanmasında maraqlı tərəf olmadığını nümayiş etdirir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31