Qarabağda ərazilərin minalanması insanların öz torpaqlarına geri dönməsini ləngidir - ICOMOS-un vitse-prezidenti

Qarabağda ərazilərin minalanması insanların öz torpaqlarına geri dönməsini ləngidir.

Bunu bu gün ADA universitetində keçirilən beynəlxalq konfransdan sonra Trend-ə özəl açıqlamasında ICOMOS-un vitse-prezidenti Zeynep Gül Ünal deyib.

O qeyd edib ki, ərazilərin minalanması probleminə beynəlxalq sistem diqqət yetirməlidir:.

"Təəssüf ki, minalar dünyanın hər yerində müharibələrdə istifadə edilən bir vasitədir.

Qarabağda ərazilərin minalanması insanların öz torpaqlarına geri dönməsini ləngidir. Hər platformada bu problem dilə gətirilməlidir, məsələyə göz yumulmamalıdır",- deyə o əlavə edib.

Qeyd edək ki, bu gün ADA Universitetində Mədəni sərvətlərin mühafizəsi və onların həyata keçirilməsinin təkmilləşdirilməsi aspektlərinə dair UNESCO Konvensiyalarının Rolu" mövzusunda beynəlxalq konfrans keçirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31