Azad olunmuş ərazilərin yenidən bərpasına diaspor nümayəndələrinin cəlb olunması mühüm addımlardandır - ÖZƏL

"Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyinin müəyyən etdiyi yeni strategiya, qərb dövlətlərinin beyin mərkəzləri və elmi dairələri ilə əməkdaşlığın genişləndirilməsi, post-müharibə mərhələsində işğaldan azad olunmuş ərazilərin yenidən bərpa edilməsinə diaspor nümayəndələrinin cəlb olunması, digər ölkələrin diasporu ilə sıx iş birliyinin qurulması atılan mühüm addımlardandır". Bu fikirləri "OLAYLAR"-a "Azərbaycan-Amerika Gəncləri" İctimai Birliyinin sədri Vüqar Əhmədov səsləndirib. Onun sözlərinə görə,  bu gün tam əminliklə demək olar ki, diasporumuzla işi çox uğurla həyata keçirən Diasporla İş üzrə Dövlət Komitəsi öz fəaliyyətini ölkə rəhbərliyinin müəyyən etdiyi hədəflərlə sinxronlu şəkildə, Azərbaycanın milli maraqlarından çıxış edərək həyata keçirir: "Ən önəmlisi budur ki, bu prosesdə müasir qlobal çağırışlar nəzərə alınır. Bu isə ölkəmizin dünyanın qlobal siyasi mərkəzlərində qətiyyətli söz sahibi olması, lobbiçilik ənənələrinin daha da dərinləşdirilməsi və inteqrasiyasına mühüm töhvə sayıla bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31