10 dekabr Zəfər Paradı Müzəffər Ordunun, Müzəffər Ali Baş Komandanın xalqa hesabatı idi - ÖZƏL

"10 dekabr Zəfər Paradı yenicə müharibədən çıxmış Müzəffər Ordunun, Müzəffər Ali Baş Komandanın xalqa hesabatı idi". Bu fikirləri "OLAYLAR"-a səsləndirən Milli Məclisin deputatı Nəsib Məhəməliyev bildirib ki,  qalib Ordunun şəxsi heyəti, müasir silahları ilə yanaşı, ermənilərdən götürülən hərbi qənimətlərin, məhv edilmiş silahların nümayişi hər birimizi qürurlandlrdı:

"Azərbaycan Silahlı Qüvvələrinin gücü, texniki imkanları bütün dünyaya nümayiş etdirildi. Müharibədən sonra yaranmış yeni reallıqlar, Azərbaycanın günü-gündən artan beynəlxalq nüfuzu bunun sübutudur".

Millət vəkili qeyd edib ki, Azərbaycan xalqı Zəfər Paradını 30 il gözlədi: "Müstəqillik dövründə bir neçə hərbi paradlar keçirilmişdir. Onların hər birinin özünəməxsus əhəmiyyəti olmuşdur. Lakin, torpaqlarımızın işğalda olduğuna görə, hər birimiz natamamlıq kompleksi yaşayırdıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31