17 il əvvəl qəbul olunan qanun niyə tətbiq olunmur?

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə  iclasında "Hədəfli maliyyə sanksiyaları haqqında" Azərbaycan Respublikası qanununun layihəsi" müzakirə olunub. Olaylar xəbər verir ki, millət vəkili Vüqar Bayramov bildirib ki, 1989-cu ildə Parisdə FATF (Maliyyə Tədbirləri üzrə İşçi Qrup) təsis edilən zaman çirkli pulların qlobal dövriyyəsi 50 milyard dollar qiymətləndirilirdisə indi bu rəqəm 1 trilyon dollaradək yüksəlib. Bu isə ondan xəbər verir ki, FATF vasitəsi ilə son illər qlobal qaydalar müəyyənləşdirilsə də belə çirkli pulların dövriyyəsində artım müşahidə olunub.

Qanun layihəsi ilə bağlı aktivlərin səhvən dondurulması zamanı kompensasiyanın ödənilməsi və eləcə də ölkədaxili siyahılar tərtib edilərkən meyarların müəyyənləşdirilməsini təklif etdim.

Eyni zamanda vəzifəli şəxslərin gəlir deklarasiyası təqdim etmələrinin vacibliyi toxunaraq bu sahədə yeni qanunun qəbuluna ehtiyac olduğunu bildirdim. Azərbaycanda 17 il öncə gəlirlərin deklarasiyana dair qanun qəbul olunsa da amma reallıqda tətbiq olunmur. Bu baxımdan, Azərbaycanda gəlirlərin deklarasiyası ilə yeni qanunun qəbuluna ehtiyac var. Bütövlükdə şəffaflığın artırılması üçün xüsusilə vəzifəli şəxslərin gəlirlərinin deklarasiyası haqqında yeni qanun layihəsinin hazırlanması lazımdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31