Kəlbəcər istiqamətindəki mövqelərimiz atəşə tutuldu
7 Dekabr 2022 15:38 SiyasətDekabrın 7-si saat 12:45 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində olan qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Ağqaya yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyi atəşə tutulub.
Bu barədə Olaylar.az-a Müdafiə Nazirliyindən bildirilib.
Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31