Rusiya sülhmərmalılarının jurnalisti  Xocalıya buraxmaması ərazi bütünlüyümüzə qarşı qəsddir

"İctimai Televiziyanın jurnalist qrupunu Rusiya sülhmərmalılarının Xocalıya buraxmaması ərazi bütünlüyümüzə qarşı qəsddir. Jurnalist kifayət qədər intellektual, hüquqi formada izah və bir az da riskli formada hərəkət etdi. Amma onlar başa düşmək istəmədilər, inadlarından dönmədilər. Bir azərbaycanlının vətəndaşlıq, bir jurnalistin informasiya əldə etmək və yaymaq hüququnu pozdular. Sülhməramlılar İTV-nin jurnalistini oraya buraxmamağa yox, onun təhlükəsizliyini təmin etməyə borclu idi". "Olaylar" xəbər verir ki, bunu deyən "Cümhuriyət" qəzetinin baş redaktoru Rafael Becanovun sözlərinə görə, bizim ölkəmizdə hara və necə getmək hüququmuz konstitusiya ilə təsbit olunur. Hətta günü sabah gedib Xocalıda, Xankəndidə yaşaya da bilərik. Rus sülhməramlıları bizi də oraya buraxmamağa yox, bizim orada təhlükəsizliyimizi təmin etməyə, hər hansı hücuma məruz qalmamağımıza cavabdehdir. Amma əksini yaşayırıq. Heç qonaq, jurnalist, turist kimi belə bizi oraya buraxmırlar. İrandan gələn təxribatçılar isə şellənə-şellənə Xankəndiyə gedir. Onlara qanunsuz erməni hərbi birləşmələinə təlim keçmək üçün şəarit yaradılır. O birləşmələr ki, 10 noyabr bəyanatına görə sülhməramlılar əraziyə gəldikdə ilk işləri onları tərksilah etmək olmalıydı. İndi bunlar sülhmərmalıdırlarmı?

Sülhməramlılar ilk gündən deyirik ki, özünü təyinatlarına görə yox, Xankəndi və ətrafında Rusiyanın zorla yerləşdirdiyi ermənilərin qəyyumu, himayəçisi kimi aparır. 44 günlük müharibə zamanı nəinki ətrafda, heç Xankəndidə belə erməni yox idi. Qorxularından qaçıb getmişdilər, zorla qaytardılar. İndi də onların himayəçisi, təminatçısı rolundadırlar.Faktdır ki, rus sülhməramlıları ermənilərdən daha çox təxribat törədirlər. Azərbaycan ordusunun Azərbaycan-Ermənistan sərhəddindən kənarda dislokasiya olduğu əraziləri də atəşə tutmaqda qanunsuz erməni hərbi birləşmələrinə onlar dəstək verir. Bu gün baş verən kuliminasiyadır.

Sülməramlılar sülh yaratmaq, inteqrasiyanı deyil, ermənilərin maraqlarının təminatçısı funksiyasındadırlar. Ermənilərin yaşadıqları kəndlərdə paylanan ərzaqlar, məktəblərə odun daşınması, su paylanması və s. kimi bütün fəaliyyətlər də sübut edir ki, onların məqsədi nədir və nə etmək istəyirlər.

Real vəziyyət odur ki, sülhməramlılar öz işlərini görmür. Sülhməramlıların komandanı Volkovun qanunsuz əməlləri, bölgədəki sərvətlərimizi ermənilərlə birgə talaması ilə bağlı dəlilli-sübutlu faktlar Azərbaycan mediasında da yayılıb. Azərbaycan ilk növbədə komandanın dəyişilməsi ilə bağlı Rusiya hakmiyyəti qarşısında konkret məsələ qaldırmalıdır. Növbəti mərhələ isə sülhməramlıların xidmətindən imtina etmək və sülh, interqarsiya üçün eyni sayda olmaqla Rusiya və Türkiyə əsgərlərinin sülhməramlı statusunda bölgədə görəvləndirilməsi ilə bağlı məsələdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31