Rusiya Vardan Rubinyan vasitəsilə yeni təxribatlara hazırlaşır
7 Dekabr 2022 13:03 Siyasət"Biz Xankəndinə və Xocalıya tankla deyil, yumuşaq güc vasitəsilə girəcəyik. Təbii ki, yumuşaq gücün arxasında, hərbi güc durur". Bunu "Olaylar"a deyən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Azərbaycan rəsmiləri, kütləvi informasiya vasitələrinin nümayəndələri etnik ermenilerin yaşadığı əraziyə girə bilər. Sülhməramlı qüvvələr onların qarşısının alınmasında deyil, onların təhlükəsizliyini təmin etməlidir: "Göründüyü kimi Rusiya sülhməramlı qüvvələri öz missiyalarindan kənar, erməni separatçılarını qorumaqla birbaşa təlimatı Kremldən alır. Proseslər Azərbaycanın Laçın yolunda gömrük postunun qoyulması ilə nəticələnəcək. Çünki, baş verənlər Azərbaycanın suverenliyini təhdid edir. Rusiya Qarabağda ermənilərin reinteqrasiyasına imkan verməyərək, Vardan Rubinyan vasitəsilə yeni təxribatlara hazırlaşır. Azərbaycanın qətiyyətli addımları bu təxribatların qarşısını ala bilər".