Diaspor hərəkatı xeyli dərəcədə cavanlaşıb - ÖZƏL

"Çağdaş dünyanın çağırışlarına, müasir texnologiyalara və elmə yiyələnmiş diaspor gəncləri gələcəkdə ayrı-ayrı ölkələrdə potensial qərarvericilərə çevrilmək üçün irəliləyirlər. Məhz bu baxımdan Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin yeni strategiyası yeni nəsil gənc liderlərlə işin qurulması, onların önə çəkilməsi və diaspor işinə həvəsləndirilməsindən ibarət olub". Bu fikirləri "OLAYLAR"-a "Azərbaycan-Amerika Gəncləri" İctimai Birliyinin sədri Vüqar Əhmədov səsləndirib. O bildirib ki,  diaspor gənclərinin fəal iştirakı ilə keçirilən düşərgələr, forumlar və qurultaylar bu sahədə gənclərə böyük etimadın olmasından xəbər verir: "Diaspor və lobbiçilik sahəsində yeni gənc liderlərin ortaya çıxması, son tədbirlər və xüsusən Şuşada keçirilən son qurultayda onların geniş tərkibdə iştirakı diaspora hərəkatının xeyli dərəcədə cavanlaşması prosesindən xəbər verir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31