Türkiyə hər hal və şərtdə Azərbaycanın yanında yer aldığını göstərmiş oldu - ÖZƏL
7 Dekabr 2022 11:19 Siyasət"Bu günlərdə keçirilən Azərbaycan-Türkiyə hərbi təlimləri ilə Türkiyə bir daha hər hal və şərtdə Azərbaycanın yanında olduğunu göstərmiş oldu". Bu fikirləri "OLAYLAR"-a Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFSAAM) rəhbəri Hasan Oktay səsləndirib. O iki qardaş ölkə arasında baş tutan hərbi təlimləri şərtləndirən başlıca amil barədə də danışıb və burada İran amilini xüsusi qeyd edib: "Azərbaycan-İran əlaqələri son dərəcə gərginləşir. Xüsusilə, 44 günlük Qarabağ savaşından sonra İranın Azərbyacana qarşı mövqeyi çox sərtləşdi. Azərbaycana qarşı İranın ayrı-ayrı mənsubları tərəfindən verilən təhdid dolu açıqlamalar və Bakını sionist dövlət olaraq ittiham etməsi haqlı olaraq Azərbaycan tərəfindən qəbul edilmir".
Hasan Oktay deyib ki, İranın Azərbaycanla sərhəddə həyata keçirdiyi hərbi təlimlər və Bakıya zərbə planının mediaya sızdırılması Azərbaycanın dövlət başçısı İlham Əliyevin Özbəkistanda verdiyi açıqlama və Azərbaycan Diplomatiya Akademiyasında keçirilən beynəlxalq tədbirdə İran haqqında söylədiyi fikirlər İranı Azərbaycana qarşı daha diqqətli və məkirli olmağa sürüklədi: "Bütün bunlardan dolayı indiki vəziyyətdə Türkiyə ilə Azərbaycanın birlikdə həyata keçirdikləri hərbi təlimlər ümumilikdə İrana qarşı bir cavab olaraq gerçəkləşdirilmiş oldu. Bununla Türkiyə hər hal və şərtdə Azərbaycanın yanında olduğunu göstərmiş oldu".