10 dekabr Zəfər paradı xalqın qalibiyyət yürüşü idi - ÖZƏL

"İki il bundan əvvəl dekabrın 10-da ölkənin müasir tarixində möhtəşəm və unudulmaz hadisə olan Bakının Azadlıq meydanında keçirilən Zəfər paradı Vətən müharibəsindəki qələbəmizin nümayişi döyüşlərdən qalib çıxmış bir xalqın qalibiyyət yürüşü idi". "OLAYLAR" xəbər verir ki, bu fikirləri tarixçi, Vətən müharibəsi iştirakçısı Ruslan Ağamalıyev səsləndirib. O bildirib ki, Zəfər paradında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın eləcə də, qardaş dövlətdən gəlmiş böyük nümayəndə heyətinin, türk əsgər və zabitlərin iştirakı dövlətlərarası münasibətlərin, birliyimizin, dostluğumuzun və qardaşlığımızın bariz nümunəsi idi:
"Əlbəttə ki, iki ölkə rəhbərinin paradı birgə qəbul etməsi beynəlxalq ictimaiyyətə verilmiş ciddi mesaj idi. Azərbaycan və türk əsgərlərinin çiyin-çiyinə Azadlıq meydanından keçməsi xalqların tarixində əbədi qalacaq və hər zaman qürurverici amil olaraq xatırlanacaqdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31