“Akademik Xoşbəxt Yusifzadə” tankeri istismara verilib, Prezident İlham Əliyev mərasimdə iştirak edib
7 Dekabr 2022 11:11 SiyasətDekabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə Bakı gəmiqayırma zavodunda inşa olunan "Akademik Xoşbəxt Yusifzadə" tankerinin istismara verilməsi mərasimində iştirak edib.
Olaylar.az AZƏRTAC-a istinadən bildirir ki, ASCO-nun sədri Rauf Vəliyev dövlətimizin başçısına yeni nəsil tanker haqqında məlumat verib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31