İranda rejimlər dəyişsə də azərbaycanlılara olan düşmən münasibət davam edir - ÖZƏL
7 Dekabr 2022 10:35 Siyasət"İran İslam Respublikası adlanan qurama dövlətdə rejimin Vətənimizin cənubunda soydaşlarımıza qarşı törətdiyi qanlı əməlləri, ölkəmizə qarşı düşmənçilik hərəkətləri, ərazimizə terrorçuları göndərməsi göstərir ki, bu ölkə ərazicə böyük olduğundan masa arxasında otura bilmir". "Olaylar" xəbər verir ki, bunu millət vəkili Musa Qasımlı deyib. Bildirib ki, rəhbərləri isə soydaşlarımızın hüquqlarını təmin etmək məqsədilə islahatlar aparmaq iradəsində və təfəkküründə deyildir: "İranda rejimlər dəyişsə də, azərbaycanlılara olan düşmən münasibət davam edir. Bəs çıxış yolu nədir? Nə etməli və necə etməli? İlk növbədə, tarixin təcrübəsinə nəzər yetirmək gərəkdir. Tarixən belə ölkələri masa arxasında yerləşdirmək üçün onlarla başa düşdüyü dildə danışıblar və münasib həcmə salıblar. İran hakmiyyətinin davranışları da ona aparır. Problemin həlli cənubun müstəqilliyindən keçir..."