İranlı terroristlərin pasportlarını yoxlamaq üçün xüsusi aparat lazımdır, cənab Volkov? - ÖZƏL
7 Dekabr 2022 10:25 Siyasət"Rusiya Sülhməramlı Kontingentinin komandiri Andrey Volkovun Azərbaycan tərəfi ilə birlikdə Laçın dəhlizində mini gömrük postunun qurulmasının vacibliyini Xankəndinə keçən maşın və texniki vasitələrin yoxlanılması üçün zəruri skaner aparatlarının olmaması ilə əlaqələndirib". "Olaylar" xəbər verir ki, bunu politoloq Əlimusa İbrahimov deyib. Bildirib ki, ermənilərin minik və yük maşınlarının içərisində nə daşısdıqlarını yoxlamaq üçün skaner aparatlarına ehtiyac ola bilər. Amma sülhməramlı qüvvələr Xankəndiyə və ermənilərin yaşadığı digər kəndlərə qanunsuz keçirilən malların və silah-sursatın qarşısı bu aparatlarsız da ala bilərdilər: "Təbii ki, buna arzu və istəkləri olsaydı. Çünki onlar nəzarətlərində olan ərazidən keçən maşın və texnikaya baxış keçirməyə məcburdurlar. Onların erməni separatçıları ilə əlbir olub Xankəndiyə silah - sursat daşımaları və oradan Azərbaycanın təbi sərvətini apardıqları sübut olunduqdan sonra günahlarını texniki vasitələrin olmaması ilə əlaqələndirirlər. Amma əsas səbəb onların ermənilərə himayədarlığıdır ki, bunun qarşısı almağa yalnız Azərbaycan Xüsusi Xidmət orqanlarının sülhməramlılarla birgə fəaliyyət göstərməsi sayəsində nail olmaq mümkündür. İranlı terroristlərin pasportlarını yoxlamaq üçün xüsusi apparat lazımdırmı cənab Volkov? Yaxud rus sülhməramlıları erməni pasportu ilə rus pasportunu ayırd edə bilməmək səviyyəsində savadsızdırlar?"