Türkiyə ali təhsil ocağı ilə memorandum imzalanıb - ÖZƏL - FOTO

Türkiyənin İzmir şəhərində Ege Universiteti Türk Dünyası Araşdırmaları İnstitutunun yaranmasının 30 illiyinə həsr olunmuş Beynəlxalq Türk Dünyası Sosial Elmlər Simpoziumu keçirilib. Simpoziumda Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası tərəfdaş kimi iştirak edib. Akademiyadan "Olaylar"a bildirilib ki,  Simpoziumda Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının "Sosial iş" fakültəsinin kafedra müdiri prof. Qənimət Səfərov "Azərbaycan Türkiyə əlaqələrində neft amili" və "İqtisadiyyat və idarəetmə" kafedrasının müəllimi Lalə Cabbarlı "Sosial sahibkarlıq, insan kapitalı və inklüzivlik: ölkələrarası müqayisəli təhlili" mövzusunda məruzə ilə çıxış etmişlər. Həmçinin HİK və sosial fənlər kafedrasının əməkdaşları Kənan Abbasov və Günay Ağayeva simpoziuma onlayn platforma üzərindən qoşularaq məruzələrini təqdim etmişlər. Ege Universiteti və Türk Dünyası Araşdırmaları İnstitutu ilə Akademiya arasında qarşılıqlı səmərəli fəaliyyətin davam etdirilməsi məqsədilə anlaşma memorandumu imzalanmışdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31