Ermənistan üçün ciddi XƏBƏRDARLIQ - ÖZƏL
6 Dekabr 2022 14:55 Siyasətİşğaldan azad edilən ərazilərdə keçirilən Azərbaycan-Türkiyə birgə hərbi təlimləri Ermənistan üçün ciddi xəbərdarlıq olmalıdır.
Bu fikirlər "Xəbər Mərkəzi" Analitik Qrupun Azərbaycan-Türkiyə birgə hərbi təlimləri ilə bağlı yaydığı açıqlamada əksini tapıb. "OLAYLAR"-a daxil olan açıqlamada bildirilib ki, birgə hərbi təlimlər Ermənistanda revanşist qüvvələrin yenidən aktivləşdiyi, Qarabağdakı qeyri-qanuni hərbi birləşmələrin Rusiya sülhməramlılarının dəstəyi ilə silahlandığı bir ərəfədə keçirilməsi zamanında atılmış addımdır və bu həm Ermənistan, həm də separatçılar üçün soyuq düş effekti yaradacaq.
Analitik Qrup hesab edir ki, Ermənistan və Qarabağdakı qeyri-qanuni hərbi birləşmələri Azərbaycan-Türkiyə birgə hərbi təlimlərindən nəticə çıxaracaqlar: "Əks təqdirdə, yəni nəticə çıxarmayıb yenə öz təxribatçı hərəkətləri davam edəcəyi halda bu dəfə onların başına "Qardaş yumuruğu" dəyəcək. Yəqin ki, "Dəmir yumruq"dan hələ də özünə gələ bilməyən Ermənistan dövləti və rəhbərliyi indi həmin yumuruğun iki qat güclüsünü dadmaq istəməz".