Siyasi partiyanı siyasi dərnəyə çevirmək cəhdləri olur - Sabir Rüstəmxanlı

""Siyasi partiyalar haqqında" qanun layihəsinin müzakirəsi təşəbbüsü partiyalardan gəlib, Milli Məclisdə və kənarda geniş müzakirələr keçirilib. Amma bir məsələni qeyd etmək istəyirəm. 1992-1993-cü ildə qəbul edilən qanunların dəyişdirilməsinə qısqanc yanaşanlardan biri də mənəm. Çünki çətin dövrdə qanunlar qəbul edilib".  Olaylar" xəbər verir ki, bunu deən millət vəkili Sabir Rüstəmxanlının sözlərinə görə, konstitusiya dəyişib, eləcə də yeni situasiya var: "Əlbəttə, siyasi partiyanı siyasi dərnəyə çevirmək cəhdləri olur. Partiyanın adı var, özü yoxdur. Odur ki, 10 min üzvülük tələbini olduğu kimi saxlamaq mümkün idi. Xırda şeylər var, amma məhdudlaşdırma yoxdur. Eyni zamanda hansı icra orqanı müəyyənləşdirir? Bir cümlədə 8 orqan sözü var. Bunu dəqiqləşdirməyə ehtiyac var. Məncə, maliyyə məsələsində bir qədər ədalətsizlik var. 40 faiz bərabər bölünür, digərləri üzv sayını nəzərə almaqla 40 faizi 50 faiz etmək olar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31