Partiyaların 2-6 ay ərzində fəaliyyətinin dayandırılması məsələsi konstitusiyaya ziddir - Deputat
6 Dekabr 2022 12:36 Siyasət" Biz partiyada "Siyasi partiyalar haqqında" qanunun 20-ci maddəsinə uyğun olaraq müəyyən işlərə başlamışıq. Amma identifikasiya ilə bağlı məsələ konfidensialdır. Bununla bağlı biz qanun da qəbul etmişik. Onsuz da şəxsiyyət vəsiqəsinin nömrəsini yazan kimi şəxsin indentifikasiya kodu çıxır". "Olaylar" xəbər verir ki, bunu millət vəkili Qüdrət Həsənquliyev deyib. Bildirib ki, həm də 8-ci maddə ilə bağlı partiyaların 2-6 ay ərzində fəaliyyətini dayandırılması məsələsi var: "Məncə, bu, konstitusiyaya ziddir və çıxarılmalıdır. Eləcə də 14 və 15-ci maddədə partiyaların necə təşkili və idarə olunması düzgün deyil. Hesab edirəm ki, bu məsələyə də baxılmalıdır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31