Deputat partiya üzvlərinin mobil telefon nömrələri ilə bağlı məsələyə etiraz etdi

"Siyasi partiyalar haqqında" yeni qanun layihəsi yaxşı hazırlanıb və bütün siyasi qüvvələrin iştirakı ilə müzakirə olunub. "Olaylar" xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa deyib.  Deputat təklif edib ki, qanunun 4.6 maddəsi götürülsün. O, eyni zamanda bildirib ki, partiya üzvlərinin mobil telefon nömrələrinin müvafiq quruma təqdim edilməsi tələbi də qanundan çıxarılmalıdır: "Partiya üzvü sabah başqa nömrə ala bilər. Əslində şəxsiyyət vəsiqəsinin nömrəsi yetərlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31