“ADPU-nun Şəki filialı universitetə çevrilsin” – Təklif

"Dekabrın 2-də Prezident İlham Əliyev və Mehriban xanım Şəkiyə səfər edərək bir sıra infrastruktur layihələrinin açılışında iştirak edib. Qaraməryam-İsmayıllı yolunun açılışı Balakəndən-Şəkiyə deyil, Bakıya qədər olan bütün rayonların inkişafına xidmət edəcək". "Olaylar" xəbər verir ki, bunu parlamentdə çıxışı zamanı deputat Əli Məsimli deyib. Deputat bildirib ki, bu il Azərbaycan Dövlət Pedoqoji Universitetinin Şəki filialının 30 illiyi təntənəli şəkildə qeyd edilib: "Bu filialın regionun inkişafında böyük rolu olub. Mən özüm də orada mühazirələr oxuyuram. Hesab edirəm ki, Şəki filialının müstəqil universitetə çevrilməsinin zamanı çatıb. Rayon ziyalıları ilə söhbətimdən gəldiyim qənaət budur ki, Şəki filialı müstəlil universitetə çevrilsə onlarla ziyalı burada dərs deməyə və mühazirə oxumağa hazırdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31