“Siyasi partiyalar haqqında" yeni qanun layihəsi yenidən parlament  müzakirəsiə çıxarılıb

Milli Məclisin bu gün keçirilən plenar iclasında "Siyasi partiyalar haqqında" yeni qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb. "Olaylar" xəbər verir ki, qanun layihəsi barədə Milli Məclis sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli məlumat verib. Sədr müavini layihənin hazırlanmasında dünyanın qabaqcıl ölkələrinin təcrübəsinin öyrənildiyini, ölkənin siyasi sisteminin və milli xüsusiyyətlərinin, bununla yanaşı, Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi haqqında tövsiyələrinin nəzərə alındığını bildirib. Ardınca yeni qanun layihəsi deputatların müzakirəsinə təqdim olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31