Ölkədə dərman problemi yaşanır - Deputat
6 Dekabr 2022 11:27 Siyasət"Son zamanlar bəzi dərman vasitələrinin tapılmaması halları yaşanır". "Olaylar" xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında deputat Rəşad Mahmudov bildirib. "Bu səbəblərə görə xəstələr və həkimlər problemlərlə üzləşir. Hətta həmin dərman vasitələrin əvəzediciləri yoxdur. Bu da vəziyyəti daha da ağırlaşdırır. Hər kəs problemi ciddi qəbul edir. Bu problemin səbəbləri birinici beynəlxalq vəziyyət olsa da, ikinci məqam isə düşünürəm ki, daxili səbəblərlə bağlıdır. Hazırda Ukrayna-Rusiya arasında baş verən müharibə dərman idxalına mane olur. Hətta ölkəyə dərman idxal edən özəl şirkətlər qiyməti tənzimləyə bilmədiyindən dərmanların ölkəyə gətirilməsini zərərli hesab edir",- deputat bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31