Azərbaycan beynəlxalq konvesiyaya öz töhvəsini verir - ÖZƏL

Paytaxt Bakıda Parlamentlərarası İttifaqı tərəfindən "Demokratiya üçün təhlükəsiz kiberməkanın yaradılması" adlı yüksək səviyyəli beynəlxalq vebinar keçirilir.  "Olaylar" xəbər verir ki, bu barədə millət vəkili Kamal Cəfərov məlumat verib. Bildirib ki, bu tədbirin məqsədi də BMT tərəfindən kibercinayətkarlığa qarşı qəbul edilməsi nəzərdə tutulan Konvensiyanın hazırlanması prosesinə töhfə verməkdir: "Tədbirdə panelist kimi mənimlə birgə Parlamentlərarası İttifaqı baş katibi Martin Çunqon, Avstraliyanın Nümayəndələr Palatasının sədri Milton Dik, Banqladeş Parlamentinin Spikeri Şirin Şarmin, İspaniya Parlamentinin Senatoru Xose Sepeda və İNTERPOL-un vəzifəli şəxsi Tee Vey Xian məruzə ilə çıxış etdilər.   Mən "Avropa Şurasının kibercinayətkarlığa qarşı mübarizə üzrə Konvensiyası" və AŞPA-da məruzəçisi olduğum "Budapeşt Konvensiyaya əlavə 2-ci protokol" barədə geniş məlumat verdim". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31