Türkiyə ilə hərbi təlimlərimiz İrana bir siqnaldır - ÖZƏL

"Son zamanlar İranin Azərbaycana qarşı apardığı aqressiv siyasət cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb. Torpaqlarımız işğaldan azad edildikdən sonra, İran qısa bir müddətdə iki dəfə sərhədimizə yaxın ərazilərdə irimiqyasli təlimlər keçirib. Baxmayaraq son 30 ildə bu baş verməyib. Digər tərəfdən həmçinin,  Türkiyə sərhədində də belə təlimlər keçiriblər. Bu isə Azərbaycandan çox bizim müttəfiqlərimizə bir mesaj idi. Onların iki təliminə biz bir dəfə cavab verdik".

Bu fikirləri "OLAYLAR"-a Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi polisinin keçmiş rəisi, polkovnik, hərbi ekspert Rövşən Məhərrəmov Azərbaycan-Türkiyə birgə təlimlərinə münasibət bildirərkən səsləndirib. O bildirib ki,  məhz bizim Türkiyə ilə birlikdə İran sərhədində təlim keçirməyimiz onlara bir siqnaldır: "Yəni biz tək deyilik və biz onlardan çəkinmirik".

Rövşən Məhərrəmov onu da deyib ki, İranın Xankəndiyə 14 nəfərlik təlimatçılar göndərməsi, onları silahlandırması ondan xəbər verir ki, Tehran Azərbaycanin güclənməsini heç cür qəbul edə bilmir: "Hər bir halda əllərindən gələni bizim əleyhimizə etməyə cəhdlər edirlər. Hesab edirəm bu təlimlərin keçirilməsi və məhz İran sərhədində baş tutması çox düzgün addımdır ki, bir daha yerlərini bilsinlər. Bu təlimlərlə biz həm də öz gücümüzdən əlavə müttəfiqlərimizin də gücünü onlara göstəririk. Bu təlimlər bizim bir daha İrana gücümüzü nümayiş etdirməkdir və İranin da bizə qarşı hər hansı bir addım atmağı isə mümkünsüzdür".

Ekspert daha sonra bunları qeyd edib: "İran ordusunun əsas tərkibini, yəni 63%-ni azərbaycanlılar təşkil edir. Onlar üçün bunun da bir problem olduğunu gözəl anlayırlar. Buna baxmayaraq SEPAH generallarının sərsəm açıqlamalarla Azərbaycana hədə-qorxu gəlmələri heç bir şeyi dəyişmədi. Əksinə qarşılarında Türkiyə -Azərbaycan təlimlərini gördülər".

Rövşən Məhərrəmov hesab edir ki, İranın hər bir sərsəm addımına qarşı mütləq cavab verilməlidir və biz onu da edirik: "44 günlük Vətən müharibəsində onlar dayanmadan erməniləri təmənnasiz silah-sursatla təmin edirdilər. Bizimlə bağlanmiş kontraktin şərtlərini pozaraq isə Azərbaycana təmin edəsi olduqları sursatları verməkdən xaincəsinə imtina etdilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31