XİN rəhbərləri dövlətlərarası sənədi imzaladılar
5 Dekabr 2022 15:58 SiyasətMoskvada Azərbaycan və Rusiya arasında sənədlərin imzalanması mərasimi keçirilib. "Olaylar" xəbər verir ki, bu gün Azərbaycan və Rusiya arasında 2023-2024-cü illər üzrə XİN-lərarası məsləhətləşmələr Planı imzalanıb.Sənədi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Rusiyanın XİN başçısı Sergey Lavrov imzalayıblar.
Qeyd edək ki, Ceyhun Bayramov hazırda Rusiyada işgüzar səfərdədir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31