Rejimin islahat vədi etirazları dayandırmayacaq - ÖZƏL
5 Dekabr 2022 14:36 Siyasət"Molla rejimi etirazların başlamasına səbəb olan əxlaq polisini ləğv edib və ölkədə islahatların keçirələcəyi, konstitutsiyaya dəyişiklik ediləcəyi barəsində xalqa vədlər verir. Bunlar müsbət bir hal kimi qiymətləndirilsə də, açıq şəkildə cəmiyyəti aldatmağa yönəlmiş addımlardır və etirazları dayandırmayacaq".
Bu fikirləri "OLAYLAR"-a Ana Vətən Partiyasının sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə səsləndirib. O bildirib ki, molla rejiminin etirazları yatırtmaq üçün güzəştə gedəcəyi real görünmür: "Çünki rejim bu zamana qədər məhz basqı siyasəti hesabına fəaliyyət göstərib və indiki halda mollalar yaxşı bilir ki, qaydaların yumşalması rejimin gücünü azaldacaq. İqtisadiyyat inkişaf etdikcə xalqın aktivliyi artacaq və xalq yeni tələblər irəli sürəcək".
Pərviz Mirizadə hesab edir ki, indiki halda bunları dərk edən rejim bu istiqamətə getməyəcək və etirazlar daha da böyüyəcək.