Ardıcıl bəyanatlar məsələni həll etdi- ÖZƏL

Rusiya Federasiyasının sülhməramlı kontingentinin rəsmi məlumatlarında Azərbaycan ərazilərinin adlarının erməni toponimlərinə uyğun göstərilməsi yerli media və dövlət təşkilatları arasında gündəm məsələyə çevrildi. Üstəlik, Azərbaycan tərəfinin Rusiyaya bu barədə dəfələrlə xəbərdarlıq etməsinə baxmyaraq, eyni halın yenidən baş verməsi Azərbaycan xalqında onlara qarşı nifrət hisslərini oyadır.

Məsələ ilə bağlı politoloq Cümşüd Nuriyev Olaylar.az-a danışıb:

"Azərbaycanın coğrafi toponimləri ilə bağlı rus sülhməramlılarının təqdim etdiyi materiallar Azərbaycanda böyük etiraza səbəb oldu. Xüsusilə, Azərbaycan Müdafiə Nazirliyi ilk dəfə idi ki, həddən artıq fəallıq göstərərək səkkiz ardıcıl bəyanat verdi. Bu gün ilk dəfə olaraq Rusiya Müdafiı Nazirliyi Azərbaycanın coğrafi toponimlərini olduğu kimi təqdim etdi. Biz birlikdə güclüyük. Azərbaycan mediası xalqımızın yanındadır. Azərbaycan xalqı da prezidentimizin yanındadır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31