Sülhməramlılar vətəndaşlarımızın həyatını təhlükəyə atır?- ÖZƏL
5 Dekabr 2022 13:31 Siyasət"Sülhməramlıların hazırki fəaliyyəti nə 10 noyabr bəyanatının prinsiplərinə, nə də sülhməramlı fəaliyyəti haqqında BMT-nin doktirinasının müddəalarına uyğun gəlmir. Həm qətnamələrdə, həm də doktirinada əsas istiqamət ondan ibarətdir ki, sülhməramlılar olduqları ərazinin qanunlarına tam şəkildə əməl etməlidir".
Bu sözləri Olaylar.az-a politoloq Elçin Mirzəbəyli deyib:
"Məlum olduğu kimi rəsmi Bakının xəbəri olmadan Azərbaycan ərazisinə daxil olan İran vətəndaşlarının terror fəaliyyəti ilə məşğul olduğu şübhə doğurur. Azərbaycan torpaqlarının Rusiya sülhməramlılarının nəzarət etdiyi hissəsində qanunsuz hərbi birləşmələrin olması sübuta yetirir ki, onlar öz missiyalarını faktiki olaraq həyata keçirə bilmirlər. Həmçinin, bütövlükdə Azərbaycan vətəndaşlarının həyatı üçün təhdid yaranmasına zəmin yaradırlar. Qanunsuz hərbi birləşmələrin mövcudluğu ilə bağlı faktlar, terror qruplarının daxil olması ehtimalı, həmin ərazilərdə antiterror əməliyyatlarının keçirilməsi, Laçın dəhlizinə daxil olma prosesi bilavasitə Azərbaycanın dövlət qurumları ilə həyata keçirilməsini zəruri edir".