Ermənistan Azərbaycana 10 nəfərin nəşinin qalıqlarını təhvil verdi
5 Dekabr 2022 10:56 Siyasət"Ermənistan Birinci Qarabağ müharibəsində həlak olduğu güman edilən 10 nəfərin sümüklərini Azərbaycan tərəfinə təhvil verib".
Olaylar.az Milli.Az-a istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistanın Milli Təhlükəsizlik Xidməti yayıb.
Məlumata görə, Ermənistan, həmçinin Azərbaycana 2 xəritə təqdim edib: "Xəritələrdə daha 4 nəfərin basdırıldığı mümkün yerlər göstərilib".
Bildirilir ki, proses dekabrın 1-i baş tutub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31