Azərbaycanlıların deportasiyasından 34 il keçir - ÖZƏL

Ermənistan SSR-dən azərbaycanlıların deportasiyasından 34 il keçir. "Olaylar" xəbər verir ki, politoloq Zaur Məmmədov qeyd edib ki, son 100 ildə bir neçə dəfə Göyçənin, Zəngəzurun yerli sakinləri sovetlər və ermənilərin birgə planlarına əsasən doğma evlərindən sürgün edilmişlər: "Hazırda, 25 min erməninin naləsini çəkən beynəlxalq aktorlar 4 milyonluq qərbi azərbaycanlıların hüquqları haqqında bircə dəfə  belə danışmadı.Vaxt gələcək azərbaycanlılar İrəvana, Mehriyə, Qarakilsəyə, Göyçə gölünə qayıdacaqlar. Bu mütləqdir".
-Qeyd edək ki, azərbaycanlıların deportasiyası zamanı 300-ə yaxın yaşayış məntəqəsindən 50 mindən artıq ailədən 300 minə yaxın soydaşımız zorla qovulub;
- 200-dən artıq soydaşımız vəhşicəsinə qətlə yetirilib, 400 nəfərdən artıq insan yaralanıb;
- bir çoxlarının evləri, əmlakları yandırılıb, yandırılmayanlar ermənilər tərəfindən əvəzi ödənilmədən qəsb edilib;
- fərdi və ictimai təsərrüfatlarda yüz minlərlə ev və təsərrüfat heyvanı, fərdi, ictimai və inzibati binalar, kənd təsərrüfatı texnikası, məktəblər, kitabxanalar, mədəniyyət evləri ermənilərə qalıb;
- 300-dən artıq məscid, ocaq, ziyarətgah, 500-dən artıq qəbiristanlıq yer üzündən silinib;
- saysız-hesabsız tarixi abidələrimiz bu gün üçün ya erməniləşdirilib, ya da məhv edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31