İran dövləti dağılmalıdır - ÖZƏL
5 Dekabr 2022 10:34 Siyasət"Fars-molla rejimi olan İran dövləti dağılmaldır. İran aqressor dövlətdir. Bu dövlət regionda sülhü, əməkdaşlığı, iqtisadi münasibətlərin dəyərini bilməyən bir dövlətdir". Bu fikirləri "OLAYLAR"-a hüquqşünas Əli İbrahimov səsləndirib. O bildirib ki, İran Azərbaycan üçün təhdiddir:
"İranın Azərbaycana, İsrailə və Səudiyyə Ərəbistanına qarşı hərbi müdaxiləsi olsa, İranda nəinki rejim dəyişəcək, İran dövləti çökəcək".
Əli İbrahimovun sözlərinə görə, İran adlanan ölkənin ruhanilərin danışıqlarına, dərslərinə diqqət etdikdə orada çox rahat şəkildə görəcəyik ki, onlar Qurandan, Peyğəmbərin hədislərindən yola çıxaraq insanlara doğru bir şey anlatmırlar:
"Daha çox rəvayətlər üzərindən danışırlar ki, bu rəvayətlər olduqca gülüncdür. Misal üçün, filan imamla filan heyvan danışdı. Göyərçin getdi filan imama şikayət etdi ki, bəs niyə hansısa bir yerdə bu iş olub. Yəni rəvayətlər üzündən insanlara guya din anladırlar. Bunların heç birinin dinlə, islamla əlaqəsi yoxdur, uzlaşmır. Belə olan halda insanlar artıq bu rejimin mahiyyətini dini sevən, ədaləti sevən, haqqın, ədalətin, dinin bir sıra dəyərləri üzərində qurulan hakimiyyət kimi görmür".