Fransanın Azərbaycanla bağlı qərarı türk düşmənçiliyi ilə bağlıdır - ÖZƏL

Fransa Senatının aşağı palatasının Azərbaycanla bağlı qəbul etdiyi qətnamə bu ölkənin həm də türk düşmənçiliyi apardığını təsdiq edir.

Bu fikirləri "OLAYLAR"-a "Türk Dünyası Media Əməkdaşlıq Alyansı" İctimai Birliyinin sədri Süleyman İsmayılbəyli səsləndirib. O bildirib ki, Fransa Senatının qəbul etdiyi bədnam sənədi Fransa dövlətinin mövqeyi olmadığını da iddia etmək yersizdir: "İstər keçmiş Minsk qrupunun həmsədri olduğu illərdə, istər İkinci Qarabağ müharibəsində, istərsə də ondan sonrakı dövrdə cərəyan edən proseslər və Azərbaycana qarşı Parisin sərgilədiyi mövqe onu deməyə əsas verir ki, ölkəmizə qarşı olan qərəzli yanaşma Fransanın dövlət siyasətinə çevrilib". İctimai Birlik sədri qeyd edib ki, bu həm də türk düşmənçiliyi deməkdir və bu düşmənçilik Fransada dövlət siyasətinə çevrilib: "Bir neçə il əvvəl, Fransanın əvvəlki prezidentlərinin zamanında qondarma erməni soyqırımını inkar edənlərə qarşı cəzanın tətbiq edilməsi də deyilənləri təsdiq edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31