Deputatımız Lissabona səfər edəcək
2 Dekabr 2022 18:36 SiyasətMilli Məclisin deputatı, AŞPA-nın İctimai sağlamlıq və davamlı inkişaf üzrə alt komitəsinin sədri Nigar Arpadarai UNİTE Qlobal Sağlamlıq Konfransında iştirak etmək üçün dekabrın 4-də Portuqaliyanın paytaxtı Lissabon şəhərinə səfər edəcək.
Olaylar xəbər verir ki, Konfransda səhiyyə sisteminin gələcəyi, pandemiyalara hazırlıq və cavab tədbirləri, sağlamlıq insan hüquqlarının tərkib hissəsi kimi mövzular müzakirə ediləcək. Müzakirələrdə Dayanıqlı İnkişaf Məqsədlərində irəliləyişlərin əldə olunması və bu prosesə parlamentarilərin töhfəsi barədə fikir mübadiləsi aparılacaq.
Səfər dekabrın 6-da başa çatacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31