Naxçıvan dövlətin arxasındadır - Siyavuş Novruzov
2 Dekabr 2022 13:08 Siyasət"Naxçıvan bizim üçün həssas bölgədir. Ölkənin digər bölgələrində aparılan anti-korrupsiya tədbirləri orada da aparılır. Bu məsələni siyasiləşdirməyə ehtiyac yoxdur". "Olaylar" xəbər verir ki, bu barədə Milli Məclisin iclasında deputat Siyavuş Novruzov bildirib. Əlavə edib ki, ermənilərin və digərlərinin öyrətdikləri gəlib burda Naxçıvan haqqında danışır: "Digər rayonlarda da əməliyyat işləri aparılır, tutulur. Böyütməyə ehtiyac yoxdur. Naxçıvan dövlətin arxasındadır, şəhid olmağa hazırdır. Xahiş edirəm ki, bu mövzuya həssalıqla yanaşılsın".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31