Qırğızıstanın Azərbaycandakı səfiri Kayrat Osmonaliyevə təşəkkür məktubu
2 Dekabr 2022 12:32 SiyasətBu il oktyabr ayının 11-12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev rəsmi dövlət səfəri ilə Qırğızıstanda oldu. Oktyabrın 11-də Qırğızıstan Prezidenti Sadır Japarovun adından Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə rəsmi qəbul təşkil edilmişdir.
Prezident İlham Əliyev rəsmi qəbulda çıxışı zamanı demişdir: "Hörmətli Sadır Nurqojoyeviç. Biz burada videokadrlarda Heydər Əlirza oğlunun "Manas"ın minilliyi təntənələrində iştirakını gördük və bizim nümayəndə heyətimizin bütün üzvləri, - mən onların hisslərinə şərikəm, - eyni hissləri, fəxarət hisslərini, onun Azərbaycan və Qırğız xalqlarının qardaşlıq yolunu davam etdirdiyimizlə bağlı hissləri keçirdik."
Qeyd edək ki bu videokadrlarda istifadə olunan bütün unikal video və fotoşəkillər türkdilli dövlətərin siyasətinə dəstək fondu tərəfindən QR MTRK -a (Qırğızıstan Respublikası Milli Tele Radio kompaniyası) təqdim edilmişdir. Türkdilli dövlətərin siyasətinə dəstək fondu həmin video və fotoşəkilləri Qırğızıstanın Azərbaycandakı səfiri Kayrat Osmonaliyevin köməyi ilə əldə etmişdir.
Bu günlərdə QR MTRK-nın baş direktoru Kayrat İmanaliyevin imzası ilə Azərbaycan Prezidenti İlham Əliyev çıxışında videoya verdiyi yüksək qiymətə görə Qırğızıstanın Azərbaycandakı səfiri Kayrat Osmonaliyevə təşəkkür məktubu daxil olmuşdur.
