Milli Məclisdə 12 yeni parlamentlərarası işçi qrupu yaradılıb

Milli Məclisdə 12 yeni parlamentlərarası işçi qrupu yaradılır. "Olaylar"ın məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında" qanun layihəsinə dəyişikliklər müzakirə olunub. Layihəyə əsasən, Aydın Hüseynovun Azərbaycan-Banqladeş, Elşən Musayevin Azərbaycan-Brundi, Rəşad Mahmudovun Azərbaycan-Efiopiya, Afət Həsənovanın Azərbaycan-Honduras, Sabir Rüstəmxanlının Azərbaycan-Kamerun, Kəmaləddin Qafarovun Azərbaycan-Qvatemala, Rəfael Hüseynovun Azərbaycan-Livan, Ramil Həsənin Azərbaycan-Nepal, Emin Hacıyevin Azərbaycan-Nigeriya, Pərvin Kərimzadənin Azərbaycan-Panama, Cavid Osmanovun Azərbaycan-Sudan və Elman Nəsirovun Azərbaycan-Zimbabve parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbəri seçilmələri təklif edilib. Təklif səsverməyə qoyularaq qəbul edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31