“Fransa faktiki Azərbaycanı öz əleyhinə çevirir” - Deputat

"II Dünya müharibəsindən sonra Almaniyanın kapitulyasiyası zamanı alman generalar mərasimdə Fransa nümayəndələrini gördükdə təəccüblə deyirlər: "Biz fransızları da uduzmuşuq". "Olaylar" xəbər verir ki, bunu parlamentin bu gün keçirilən iclasında deputat Nigar Arpadarai deyib. Deputat əlavə edib ki, 1945-ci ildə faktiki Fransa dövləti yox idi: "Fransa uduzmuş, pis vəziyyətə düşmüş ölkə idi. Amma Ruzvelt və Stalin Almaniyanın iddialarının qarşısını almaq üçün Fransanı BMT-yə üzv etdi, daha sonra Təhlükəsizlik Şurasının aparıcı dövləti etdilər. Halbuki o dövrdə Fransanın hərbi, iqtisadi və siyasi gücü belə bir ranqa uyğun gəlmirdi".

Millət vəkili əlavə edib ki, indi də Fransanın imkanı və gücü ilə iddiaları üst-üstə düşmür: "Fransa faktiki Azərbaycanı öz əleyhinə çevirir. Həm Senatın, həm də Milli Assambleyanın qətnaməsinə baxdıqda görürük ki, yekdilliklə deputatlar buna səs verib. Deməli, Fransa siyasi elitasında həmrəylik var. Bu, Azərbaycanla yanaşı Türkiyəyə qarşıdır. Biz yekdilliklə bu qətnaməni rədd edirik. Bu, Azərbaycanın ərazi bütövılüyünə və suverenliyinə qarşıdır. Beynəlxalq hüquq pozuntusudur. Bu eyni zamanda Ermənistana da köməklik deyil. Ermənistan vəziyyətdən çıxmaq üçün Azərbaycan və Türkiyə ilə münasibətlərini normallaşdırmalıdır. Biz diqqətlə baxdıqda görürük ki, bu, son 2 il ərzində Fransa tərəfindən qəbul olunan üçüncü qətnamədir. Fransa vasitəçi olmaq şansını itirdi, heç vaxt vasitəçi ola bilməz. Bu bizim üçün kağız parçasından savayı bir şey deyil".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31