Azərbaycan Prezidenti: Biz BƏƏ ilə dostluq münasibətlərimizə xüsusi əhəmiyyət veririk
2 Dekabr 2022 11:20 SiyasətBiz Birləşmiş Ərəb Əmirlikləri ilə qarşılıqlı etimad və dəstəyə əsaslanan dostluq münasibətlərimizə xüsusi əhəmiyyət veririk.
Olaylar.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Əlahəzrət Şeyx Məhəmməd bin Zayed Al Nəhyana ünvanladığı təbrik məktubunda deyilib.
"Ötən otuz illik dövr ərzində dini və mədəni köklərlə bir-birinə bağlı olan ölkələrimiz arasında əlaqələr möhkəmlənmiş, qarşılıqlı maraq doğuran müxtəlif sahələrdə əməkdaşlığımız dinamik və davamlı şəkildə inkişaf etmişdir", - Azərbaycan Prezidenti vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31