Fransanın qara tarixi işğallarla doludur - Spiker
2 Dekabr 2022 11:37 SiyasətFransa Senatından sonra bu ölkənin Milli Assambleyasının da Azərbaycan əleyhinə qətnamə qəbul etməsi yolverilməzdir. "Olaylar" xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilə iclasında spiker Sahibə Qafarova bildirib. "Qəti şəkildə bu qətnaməni rədd edirik və riyakarlıq olaraq qəbul edirik. 30 illik ərzində Azərbaycan və Ermənistan arasında münaqişənin bir nəticə əldə etməməsinin səbəbi vasitəçi dövlətinin birtərəf olmasıdır. Bu qətnamədə Ermənistanın 30 illik Azərbaycana qarşı cinayəti, eyni zamanda müharibə zamanı 9 şəhərimizi bomlaması qeyd olunmayıb. Burada Azərbaycana qarşı ucuz siyasi sifarişi açıq görünür. Hər kəsə aydındır ki, Fransanın qara tarixi işğallarla doludur və bu silinməzdir. Bu gün amma Azərbaycan beynəlxalq şəkildə əlaqələrini gücləndirir, işğaldan azad edilmiş ərazilərdə quruculuq işləri görür", - sədr deyib.