Öz öhdəliklərini mütəmadi pozan Ermənistanın son qərarı  sabotajdır - ÖZƏL

Dekabrın 7-də Brüsseldə nəzərdə tutulmuş görüş keçirilməyəcək. Paşinyan görüşə bir şərtlə razılıq verib ki, Prezident Makron da orada iştirak etsin. Bunu Prezident İlham Əliyev 25 noyabr tarixində "Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat" mövzusunda keçirilən beynəlxalq konfransda deyib: "Bu da o deməkdir ki, Praqadan sonra baş verənlər səbəbindən o görüş keçirilməyəcək".  "Olaylar" xəbər verir ki, əslində Ermənistanın belə bir addım atacağı hər an gözlənilən idi. Belə ki, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçilik missiyasını öz üzərinə götürdüyü ilk andan Ermənistanın sərgilədiyi mövqe bunu deməyə əsas verir: "Aİ Şurasının prezidenti Şarl Mişelin iştirakı ilə hələ aprelin 6-da Brüsseldə əldə olunan razılaşmaya görə, aprelin 29-na qədər hər iki tərəf sülh müqaviləsinin bağlanması və sərhədlərin delimitasiyasına dair işçi qrup yaratmalı, müvafiq görüşlər keçirilməli və müvafiq fəaliyyətə başlanmalı idi. Ermənistan sərhədlərin delimitasiyasına dair ilk görüşün iki ölkənin sərhədində keçirilməsi barədə təklif irəli sürmüşdü, Azırbaycan da bu təklifi dəstəkləmişdi. Amma Ermənistan artıq aprelin 29-na  razılaşdırılmış görüşü ləğv etdi, daha sonra isə 7-11 may tarixlərində sərhəddə yeni görüşün keçirilməsi barədə razılaşmanı icra etmədi. Öz öhdəliklərini addımbaşı pozan Ermənistanın bu addımları məsuliyyətsizlik və sabotajdır. Baş verənlər həm də  Ermənistanın riyakırlığını göstərir. Əvvəlcə görüşün Rusiyanın iştirakı olmadan keçirilməsini təklif edən İrəvan, sonradan Moskvanın təzyiqi altında görüşün Rusiyada keçirilmısinə hazır olduğunu bildirir. Bununla əvvəlcə Moskvanı kənarda qoymaq istəyən Ermənistan sonradan təzyiq qarşısında Avropa İttifaqını prosesdən  kənarlaşdırmağa çalışır. Ermənistanın riyakar siyasəti nəticəsində İrəvan həm Rusiyanın, həm Brüsselin gözündə prinsipsiz, öhdəlikləri pozan, etimad doğurmayan tərəf kimi qəbul olunur. Bu, bir daha göstərir ki, Ermənistan müstəqil dövlət deyil, bu səbədən də müstəqilsiyasi qərar vermək iqtidarında deyil". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31