Biz də rus ordusunu "raşist ordusu" adlandıraq - ÖZƏL

Rusiya Federasiyasının Müdafiə Nazirliyi, eləcə də Qarabağa yerləşdirilən sülhməramlı missiyanın rəhbərliyi Azərbaycan Müdafiə Nazirliyinin müraciətlərinə məhəl qoymur və ərazilərimizi erməni adları ilə təqdim etməkdə israrlı görünür. Azərbaycana qarşı olan bu münasibətə qarşı isə adekvat addımın atılması təklif olunur. 

Hərbi ekspert Ədalət Verdiyevin sözlərinə görə, Rusiya Federasiyasının sülhməramlı kontingentinin erməniməramlı komandanlığı Azərbaycan Müdafiə Nazirliyi tərəfindən edilən müraciətlərə məhəl qoymursa, biz də ilkin mərhələdə Azərbaycanda rus ordusunu "raşist ordusu", Moskvanı "Moskoviya", Sankt-Peterburqu "Leninqrad", Kuril, Saxalin , Şikotan və İrturup adalarını isə Yaponiya əraziləri adlandıraq.

O bildirib ki, qoy raşist ordusunun Qarabağdakı pisməramlı kontingentinin qanmazlığına görə bir çox rus hərbi-siyasi rəhbərlərin müxtəlif təyinatlı dəliklərindən "Admiral Kuznetsov" aviakresyerində olduğundan daha çox qara tüstü çıxsın:

"Nəticə çıxarmasalar, iynənin diametrini, dozasını və dərinliyini bir az artırarıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31