Azərbaycan yerli etnik ermənilərin digər Azərbaycan vətəndaşları ilə eyni hüquq və azadlıqlarının olacağına təminat verir - XİN rəhbəri

Ötən aylarda Azərbaycan hökumətinin rəsmiləri ilə yerli etnik erməni sakinlər arasında artırılmış dialoq və əlaqələr dəstəklənməli və dayanıqlı edilməldir.

Olaylar.az xəbər verir ki, bunu bu gün Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov ATƏT Nazirlər Şurasının 29-cu sessiyasında çıxışında deyib.

Nazir qeyd edib ki, Azərbaycan həmin ermənilərin Azərbaycanın bütün vətəndaşları ilə eyni hüquq və azadlıqlara malik olacağına təminat verir.

"Azərbaycan Respublikasının konstituasiyası bu mənada möhkəm hüquqi çərçivə təmin edir", - deyə nazir əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31