Ermənistana missiyanın göndərilməsi qəbul edilmiş mandatın açıq şəkildə pozulmasıdır - Ceyhun Bayramov
1 Dekabr 2022 22:03 SiyasətErmənistana konsensus olmadan ehtiyacların dəyərləndirilməsi missiyasının göndərilməsi bütün iştirakçı dövlətlərin kollektiv iradəsi ilə qəbul edilmiş mandatın açıq şəkildə pozulmasıdır.
Olaylar.az xəbər verir ki, bunu bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ATƏT Nazirlər Şurasının 29-cu sessiyasında çıxışında deyib.
Nazir qeyd edib ki, Azərbaycan illərlə təşkilat daxilində konsensusdan sui-istifadəyə məruz qalıb.
"Buna baxmayaraq biz hər zaman birgə təhlükəsizliyə riayət edilməsinin tərəfdarı olmuşuq",- deyə C.Bayramov əlavə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31