"Fransanın qətnaməsi irqçiliyin ictimai təzahürüdür"- ÖZƏL

"Fransa  Milli  Assambleyasının  qətnaməsi  son iki ildə Fransa parlamentinin ölkəmizə qarşı qəbul etdiyi üçüncü sənəddir. Bu Fransanın növbəti qərəz nümayişi, nifrət kampaniyasının davamıdır.

Özünü demokratiyanın böyük nümunəsi adlandıran bir ölkənin bu cür qərəzli yanaşması, bir millətə üstünlük verməklə, digərinin 30 ildə yaşadığı ağrılarını görməmək irqçiliyin ictimai təzahürüdür!

Bu cür qətnamələr indiki şəraitdə Azərbaycan-Fransa münasibətlərindən əlavə həm də Azərbaycanla Ermənistan arasında normallaşma prosesinə zərbə vurur".

Bu sözləri Olaylar.az-a politoloq Orxan  Atabəy deyib

"Yadınıza gəlirsə ki, 2020-ci ilin elə bu ayında Fransa Senatı Qarabağın "Artsak" adı ilə müstəqilliyinin tanınması barədə qətnamə qəbul etmişdi. Bu iki ildə ermənilərin xeyrinə nə dəyişdi? Heç nə. İki il əvvəl qəbul etdikləri qətnamə dünya tərəfindən ciddiyə alınmadığından Senatın arxivinə göndərildi. 

Növbəti hüquqi əsası olmayan  bu qətnamə də o qətnamənin taleyini yaşayacaq. Dünya çapında ciddiyə alınmayan  növbəti kağız parçasıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31