Fransanın təxribatçı addımları sülh danışıqlarına zərbə vurur
2 Dekabr 2022 11:05 SiyasətTəcavüzkar Ermənistanın hamisi rolunda çıxış edən Fransa Azərbaycana qarşı qəzərzli mövqeyini sərgiləmıkdə davam edir. Belə ki, Fransa Senatının 2022-сi il noyabrın 15-də məlum qətnaməni qəbul etməsinin ardınca bu ölkənin Milli Assambleyası da noyabrın 30-da Azərbaycana qarşı qərəzli siyasi aksiya təşkil edib. Milli Assambleya beynəlxalq hüquq normalarına və prinsiplərinə açıq hörmətsizlik nümayiş etdirən, dövlətimizin ərazi bütövlüyünü və suverenliyini hədəf alan qərəzli, qeyri-obyektiv və ədalətsiz bir akt qəbul edib. Fransa Senatı və Milli Assambleyasının qəbul etdiyi bu qətnamələr Fransa qanunverici orqanlarının siyasi avantüra meydanına çevrilməsindən xəbər verir. Təsadüfi deyil ki, siyasi ekspertlər Fransa Milli Assambleyasının bu qətnaməsini siyasi riyakarlıq nümunəsi kimi qiymətləndirirlər. Millət vəkili Musa Qasımlı bildirib ki, demokratiyadan dəm vuran Fransa Milli Assambleyasının tarixi gerçəkliyə və reallığa zidd olan belə bir iyrənc qətnaməni qəbul etməsinin başlıca səbəbi Cənubi Qafqaz regionunda yürütdüyü ədalətsiz, qərəzli siyasətinə, ermənipərəst mövqeyinə görə Azərbaycan dövlətinin sol əlinin arxa tərəfi ilə qovulmasıyla bağlıdır. Fransanın belə davranışında başlıca məqsədi qovulduğu regiona yenidən düşmənçilik və qarşıdurma yaradaraq burnunu soxmaq və Azərbaycana təzyiq etməkdir: "Bu qətnamə bizim üçün sənəd deyil, heç bir hüquqi qüvvəsi yoxdur, qəbul edildiyi andan cırılıb atılıb və istifadəyə yararsız tualet kağızıdır. Belə bir kağız parçasından onu qəbul edənlər gecələr Parisin Şanze Lize küçəsində istifadə edə bilərlər". Millət vəkli qeyd edib ki, sözügedən kağız parçası Azərbaycan ictimaiyyətində kəskin etiraz yaradır: "Hər şeydən əvvəl, ona görə ki, bu kağız parçası Fransanın özünün də imzası ilə qəbul edilmiş BMT nizamnaməsinə, beynəlxalq hüquq normalarına və beynəlxalq adətlərə ziddir, onların ayaq altına atılmasıdır. Fransa qanunvericiləri həddlərini aşaraq dövlətimizin daxili işlərinə qarışmağa cürət etməyə uğursuz cəhd ediblər və kobud səhv eləyiblər. Belə bir cəhdi qətiyyətlə rədd edirik. Heç bir ölkə daxili işlərimizə qarışa bilməz. Bənzəri hərəkətlər gələcəkdə də uğursuz olacaqdır. İkincisi, bu kağız parçası göstərir ki, 30 ilə yaxın müddətdə ərazilərimizin təcavüzkar Ermənistan tərəfindən işğal altında saxlanılmasında, günahsız insan qanlarının tökülməsində, tarix və mədəniyyət abidələrimizin dağıdılmasında artıq dəfn edilmiş Minsk qrupunun həmsədri kimi bilavasitə Fransa da məsuliyyət daşıyır. Fransanın əli günahsız azərbaycanlılarının qanına batıb. Üçüncüsü, bu kağız parçası ilə fransız deputatlar Böyük Fransa İnqilabının "Azadlıq, Bərabərlik və Qardaşlıq" şüarına tüpürüblər. Onda azadlıq, bərabərlik, qardaşlıq və barışdırıcılıq adına heç bir şey yoxdur, zülmət, kin-küdurət, terrorun təşviqi, işğalçı Ermənistanın tərəfini tutmaq və düşmənçiliyi dərinləşdirmək vardır. Dördüncüsü, Fransanın Azərbaycanı ittiham etməyə, dərs verməyə heç bir tarixi, hüquqi, siyasi və mənəvi haqqı yoxdur. Bu cəsarəti tapanlar ilk növbədə özlərinə aynada baxmalıdırlar. O aynada Fransa öz tarixinin qanlarla dolu işğallar, soyqırımları, başqa millətləin göz yaşları səhifələrini, Əlcəzairi görəcək. Deməli, bu kağız parçasına səs verənlər bundan sonra regionda baş verə biləcək bütün mürəkkəb hadisələr üçün məsuliyyət daşıyacaqlar. Hesab edirəm ki, özünü tamamilə gözdən düşürmüş, beynəlxalq normaları pozan Fransa ilə qarşılıqlı münasibətlər kompleksinə yenidən baxılmalı, rəsmi Parisə özünün layiq olduğu yer bir daha göstərilməlidir. Bu kağız parçasını qəbul edənlər görünür, Azərbaycanı yaxşı tanımırlar. Belə hərəkətinə görə ən çox ziyanı Fransanın özü çəkəcək və çox peşman olacaq. Onun rəhbərləri Azərbaycan dövlətinin qapısında boyun büküb qəbul üçün gözləyən zaman heç kim təəccüblənməyəcəkdir".
Qeyd edək ki, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 ilə yaxın işğalı dövründə münaqişənin dinc yolla nizama salınması üçün göstərilən səylərin nəticə verməməsinin əsas səbəbi təcavüzkar dövlətin öz adı ilə çağırılmaması, vasitəçilik vəzifəsini öhdəsinə götürən dövlətlər, xüsusən Fransa tərəfindən ikili standartlara yol verilməsi olub. Vasitəçilər tərəfindən işğalçı dövlətlə işğala məruz qalan dövlətin bir tutulması, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin tələblərinin yerinə yetirilməməsi Ermənistanın beynəlxalq qanunlara meydan oxumasına səbəb olub. Aydındır ki, belə münasibətin sərgilənməsi təcavüzkar dövlətin azğınlaşmasına səbəb olur, sülh danışıqlarından yayınaraq ipə-sapa yatmır. Belə bir şəraitdə Fransanın hakimiyyət orqanlarının, o cümlədən parlamentin hər iki palatasının təxribatçı addımları Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin həyata keçməsinə, münasibətlərin normallaşmasına zərbə vurur.
Nurlan