Kreml Vardanyanı Paşinyanın yerinə hazırlayır - ÖZƏL
1 Dekabr 2022 14:03 Siyasət"Rusiya Müdafiə Nazirliyi və ona bağlı olan Rusiya sülhməramlılarına edilən xəbərdarlıqlara baxmayaraq hələ də Azərbaycan ərazilərinin erməni adları kimi göstərilməsi onu deməyə əsas verir ki, Rusiyanın separatçılarla bağlı planı var və həmin plan Azərbaycanın maraqlarına ciddi şəkildə təhlükə yaradır*. Bu fikirlər "Xəbər Mərkəzi" Analitik Qrupunun açıqlamasında yer alıb. Qrup hesab edir ki, erməni əsilli iş adamı Ruben Vardanyanın Qarabağa gətirilməsi də həmin planın tərkib hissəsi idi: "Rusiya Vardanyanın timsalında separatçıların güclənməsinə, onların tərəf kimi qəbul edilməsinə çalışır. Qarabağdakı separatçılara silah-sursatın daşınması, ərazilərimizin erməni adları ilə təqdim olunması, eləcə də Qarabağda ermənilər yaşayan ərazilərdə Vardanyanın pulu ilə yeni infrastrukturun yaradılması məhz erməni əsilli iş adamının siyasi meydana atılması və onun erməni cəmiyyətinin liderinə çevrilməsinə hesablanıb".
Analitik Qrup hesab edir ki, bununla Moskva Vardanyanı Paşinyanın yerinə hazırlayır: "Son vaxtlar Paşinyanın Rusiyadan üz çevirib Qərbə meyillənməsi Kremli məcbur edir ki, onu Vardanyanla əvəzləsin".