İranın Azərbaycana olan düşmən münasibəti Tehranın dövlət siyasətinə çevrilib - ÖZƏL

"İran heç bir zaman Azərbaycana qarşı səmimi olmayıb və bu ölkənin əsas niyyəti ondan ibarətdir ki, qonşuluğunda qüdrətli bir dövlət olmasın. Tarixən biz bu mənfi tendensiyanı müşahidə etmişik*. Bu fikirləri "OLAYLAR"-a "Milli İnkişaf" İctimai Birliyinin sədri, politoloq Arzuman Muradlı səsləndirib. İctimai Birlik sədri deyib ki, İrandan Azərbaycana qarşı sərgilənən mövqe molla rejimindəki hansısa qrup, yaxud siyasi dairənin deyil, ümumən İran hakimiyyətinin yanaşmasıdır: "İstər bir neçə il əvvəl İran mediasında azərbaycanlıların tarakan adlandırılması, istər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xarici ölkə jurnalistləri üçün keçirdiyi mətbuat konfransında iranlı media mənsubunun dövlət başçısına qərəzli sual ünvanlaması, istərsə də Azərbaycanla sərhəddə təlimlər keçirməsi onu deməyə əsas verir ki, İranda Azərbaycana qarşı olan qərəzli yanaşma birbaşa dövlət siyasətinin tərkib hissəsidir".
Arzuman Muradlı deyib ki, İranın Ermənistana dəstəyi də məhz Azərbaycana olan düşmən münasibətdən irəli gəlir: "İran məhz Ermənistanı bu nöqteyi nəzərdən dəstəkləyir ki, onun vasitəsilə Azərbaycana təsir göstərsin, onun güclənməsinə mane olsun. Bir sözlə Azərbaycana olan düşmən münasibət İranda Ermənistana sevgi formalaşdırıb".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31