Ermənistan xəyanətkar siyasətini davam etdirir - ÖZƏL
1 Dekabr 2022 13:46 Siyasət2022-ci ilin 12-13 sentyabr tarixlərində Azərbaycan-Ermənistan sərhədində baş vermiş hərbi əməliyyatlar zamanı həlak olmuş erməni hərbi qulluqçularına aid meyitlərin axtarışı prosesi davam etdirilib. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının açıqladığı məlumatda bildirilib ki, ərazidə aparılmış axtarış tədbirləri nəticəsində aşkar olunmuş Ermənistan hərbçilərinə məxsus 13 cəsəd cari ilin noyabrın 28-də Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun əməkdaşlarının iştirakı ilə baxış keçirildikdən və onların üzərində hər hansı zorakılıq əlamətlərinin olmaması müəyyən edildikdən sonra beynəlxalq humanitar hüquq normalarına uyğun qaydada Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə qarşı tərəfə təhvil verilib. "Olaylar" xəbər verir ki, bunun müqabilində Ermənistan üzərinə götürdüyü öhdəlikləri pozmaqla xəyanətkar siyasətini davam etdirir. Belə ki, Ermənistan 2020-ci il üçtərəfli bəyanatında əks olunmuş və sonrakı bəyanatlarla bir da möhkəmləndirilmiş öhdəlikləri pozur. Ermınistan kommunikasiyaların açılmasını, sərhədlərin delimitasiyasını yubadır, birinci müharibədə əsir düşmüş minlərlə azərbaycanlının taleyi və kütləvi məzarlıqlar haqda məlumat verməkdən, vaxtilə işğal altında saxladığı ərazilərin minalanması xəritələrini təqdim etməkdən imtina edir, Zəngəzur dəhlizi məsələsini uzadır: "Ermənistan sərhədlərin delimitasiyası və sülh müqaviləsinə dair Avropa İttifaqının vasitəçiliyi ilə əldə olunmuş razılaşmaları pozur. Azərbaycan işçi qrupunu vaxtında yaratsa da, Ermınistan tərəfindən real hərəkətlikik müşahidə edilmir".