Fransa qərəzli siyasi mövqeyini bir daha ortaya qoydu - ÖZƏL
1 Dekabr 2022 12:42 Siyasət"30 noyabr 2022-ci il tarixində Fransa parlamentinin aşağı palatasında (Milli Assambleya) Azərbaycanın əleyhinə növbəti uydurma qətnamə qəbul edilib. Fransa Milli Assambleyasının ironiyalı belə addımları Cənubi Qafqaz regionunda münasibətlərin normallaşması prosesinə, sülh şəraitinin yaranmasına birbaşa xələl gətirəcək siyasətdir". Bunu "Olaylar"a Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Baydəmirli deyib. Bildirib ki, bu addımı ilə Fransa qərəzli siyasi mövqeyini bir daha ortaya qoydu: "Bu adıçəkilən ölkə mənfi imicinin formalaşmasını sürətləndirməklə bərabər regionla geniş əməkdaşlıq imkanlarının üstündən xətt çəkib. Bundan sonra Fransa regiona hansı üzlə gələ bilər?"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31