Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir - ÖZƏL

"Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir. Laçının dinc yolla, qan tökülmədən işğaldan azad edilməsi məhz Azərbaycan Ordusunun qazandığı zəfərlərin məntiqi sonluğu, müsbət nəticəsidir". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Tamam Cəfərovanın sözlərinə görə, düşməni buna məcbur etdik: "Döyüş meydanında əldə edilmiş parlaq qələbə bu gözəl nəticəyə gətirib çıxardı ki, üç rayonumuz - Ağdam, Kəlbəcər və Laçın bizə qaytarıldı. Azərbaycan bu rayonları bir güllə atmadan, bir şəhid vermədən qaytarıb. Beləliklə, işğal tarixi qapandı, zəfər tarixi yazılmağa başlandı. Məhz bunun nəticəsidir ki,  bu gün Azərbaycan xalqı böyük qürur və fərəh hissi ilə Laçın rayonunun erməni işğalından azad olunmasının ikinci ildönümünü qeyd edir. Bəli, artıq Azərbaycan hərbi-siyasi yolla beynəlxalq qanunların aliliyini və tarixi ədaləti bərpa edərək yeni reallıq yaratdı və hər kəs bu reallıqla gec-tez barışmalı olacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31